
RFID etiketlər və terminallar vasitəsilə 1000+ məhsulun saniyələr ərzində sayılması və izlənməsi mümkündür.
RFID (Radio Frequency Identification) texnologiyası müasir logistika və anbar idarəetməsində əsl inqilab yaradıb. Əgər əvvəllər minlərlə məhsulun sayılması günlər çəkirdisə, indi bu proses saniyələr ərzində həyata keçirilir.
LBL.az olaraq biz Zebra və Honeywell kimi qlobal liderlərin RFID həllərini təklif edirik. Bizim həllərimizlə siz anbar qalıqlarınızı real vaxt rejimində izləyə və idarə edə bilərsiniz.
Avtomatlaşdırma zamanı ən vacib amillərdən biri də doğru avadanlıq seçimidir. Bizim mütəxəssislər sizin biznes proseslərinizə uyğun ən optimal RFID oxuyucuları və printerləri seçməkdə sizə kömək edəcək.